Bakıda APRECA proqramı üçün investor axtarışı üzrə forum keçiriləcək

Energetika
  • 07 sentyabr, 2026
  • 12:19
Bakıda APRECA proqramı üçün investor axtarışı üzrə forum keçiriləcək

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) iştirakçı dövlətləri üçün investor və tərəfdaşların cəlb edilməsinə yönəlmiş APRECA tədbiri 2027-ci ilin mart ayında Bakıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə IRENA-nın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

O qeyd edib ki, Bakıda keçirilən COP29 çərçivəsində başlayan IRENA-nın "Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı" (APRECA) investisiyaların cəlb edilməsinə, regional qarşılıqlı əlaqələrin inkişafına və davamlı artımın təmin olunmasına töhfə verir.

F.La Kamera tərəfdaşlığın hazırkı iştirakçıları arasında Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın adlarını çəkib:

"IRENA bu əməkdaşlığı inkişaf etdirərək, bu ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanla birlikdə Mərkəzi Asiya İnvestisiya Forumunu təşkil edib. Bunun davamı olaraq 2027-ci ilin mart ayı üçün yenidən Bakıda iştirakçı ölkələr üçün investor və tərəfdaşların axtarışı üzrə ("matchmaking event") APRECA tədbirinin keçirilməsi planlaşdırılıb. Bu, bərpa olunan enerji sahəsindəki layihələrin investorlarla əlaqələndirilməsi və regional qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün əlavə imkan yaradacaq".

44 - Tezliklə