Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Xarici siyasət
  • 26 avqust, 2015
  • 11:55
Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Yuris Maklakovs etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.