Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşib

Futbol
  • 27 oktyabr, 2026
  • 18:50
Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşib

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

"Report" xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.

II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.

Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.

Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.

Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

44 filmi