​Elmar Məmmədyarov Küveytin XİN rəhbəri ilə görüşüb

Xarici siyasət
  • 27 may, 2015
  • 18:13
​Elmar Məmmədyarov Küveytin XİN rəhbəri ilə görüşüb

Bakı. 27 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 27-28 may taarixlərində Küveytdə keçirilən 42-ci sessiyasi çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.

"Report" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Məlumata görə, bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd edilib.

Görüşdə, həmçinin hökumətlərarası komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulandı.