Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək

İnfrastruktur
  • 13 oktyabr, 2026
  • 14:30
Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək

Oktyabrın 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, vətəndaşlar oktyabrın 13-dən 16-na qədər qəbula yazılmaq üçün quruma müraciət edə bilər.

Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə də əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.

44 - Tezliklə