Penitensiar müəssisələrdə distant tibbi müayinə sisteminin tətbiqinə başlanılıb
- 13 oktyabr, 2026
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində distant tibbi müayinə sisteminin tətbiqinə başlanılıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sistem vasitəsilə penitensiar müəssisələrdə tibb-sanitar hissələrinin həkimləri zərurət yarandıqda müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislərlə distant əlaqə yaradaraq pasiyentin tibbi vəziyyətinin operativ qiymətləndirilməsini və müvafiq tibbi taktikanın müəyyənləşdirilməsini təmin edə bilirlər. Distant müayinələr psixiatriya və dermatologiya başda olmaqla müxtəlif ixtisaslar üzrə həyata keçirilir.
Hazırda distant tibbi müayinə pilot qaydada 4 penitensiar müəssisədə tətbiq edilir.
Distant tibbi müayinə sisteminin tətbiqi penitensiar müəssisələrdə səhiyyə xidmətlərinin müasir yanaşmalar əsasında təkmilləşdirilməsinə, tibbi yardımın operativliyinin və səmərəliliyinin artırılmasına, məhkum və həbs edilmiş şəxslərin ixtisaslı tibbi yardıma çıxış imkanlarının genişləndirilməsinə və tibbi xidmətlərin davamlılığının təmin edilməsinə şərait yaradır.