Naxçıvan iqtisadiyyatı 4 %-ə yaxın böyüyüb

Maliyyə
  • 13 oktyabr, 2026
  • 14:37
Naxçıvan iqtisadiyyatı 4 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 341,15 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,5 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 3,2 % artaraq 2 835 manat təşkil edib.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ÜDM istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 % çoxdur. O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 30 milyard 326,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,6 % artaraq 71 milyard 721,7 milyon manata çatıb.

44 - Tezliklə