Dastin Herr: Azərbaycan regional logistika platformasına çevrilmək yolunda mühüm addımlar atır

Xarici siyasət
  • 06 oktyabr, 2026
  • 15:18
Dastin Herr: Azərbaycan regional logistika platformasına çevrilmək yolunda mühüm addımlar atır

Azərbaycan regional logistika platforması olmaq üzrə iddialı məqsədin reallaşmasına doğru fəal şəkildə irəliləyir.

"Report" xəbər verir ki, bu barədə "Roland Berger" şirkətinin nümayəndəsi Dastin Herr Almaniya-Azərbaycan Əlaqəlilik Konfransı çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, tranzit qovşağı kimi fəaliyyətə başlamaq logistika ekosisteminin iştirakçıları və tərəfdaşlarla münasibətlərdə etimadın möhkəmləndirilməsi və etibarlılığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir:

"Mərkəzi Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin qurulması istiqamətində göstərilən səylər bundan xəbər verir. Beləliklə, Azərbaycanın qarşısında gələcək inkişaf üçün geniş imkanlar açılır".

O həmçinin qeyd edib ki, zəruri təməl artıq qoyulub və Azərbaycan regional logistika platforması olmaq üçün doğru yoldadır.

"Lakin belə bir platforma yalnız bir tərəfin səyləri hesabına mövcud ola bilməz. Bu platformanı yaratmaq, dəstəkləmək, inkişaf etdirmək, eləcə də onun fəaliyyətini daim optimallaşdırmaq üçün bütün ekosistem boyunca tərəfdaşlara ehtiyac var", - o vurğulayıb.

44 filmi