BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: Yaxın vaxtlarda Qarabağa səfər etməyi planlaşdırıram

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 14:19
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi: Yaxın vaxtlarda Qarabağa səfər etməyi planlaşdırıram

BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenko yaxın vaxtlarda Qarabağ regionuna səfər edəcəyini deyib.

O, bu barədə "Report"a müsahibəsində bildirib.

D.Şlapaçenko qeyd edib ki, onun üçün Azərbaycanın azad edilmiş ərazilərinə səfər etmək vacibdir.

Rezident əlaqələndiricinin sözlərinə görə, səfər zamanı yerli sakinlərlə ünsiyyət qurmağı, Azərbaycanın artıq hansı işləri gördüyünü izləməyi və BMT-nin (regionun bərpası və inkişafına - red.) hansı əlavə töhfə verə biləcəyini anlamağı planlaşdırır.

D.Şlapaçenko həmçinin BMT-nin bu istiqamətdə strateji cəhətdən daha çox iş görməsini istəyir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

44 filmi