BDU-da Qoşulmama Hərəkatı Modelinin Simulyasiya konfransı keçirilir

Xarici siyasət
  • 06 dekabr, 2023
  • 07:27
BDU-da Qoşulmama Hərəkatı Modelinin Simulyasiya konfransı keçirilir

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Qoşulmama Hərəkatı (QH) Modelinin Simulyasiya konfransı keçirilir.

“Report” xəbər verir ki, Azərbaycanın müxtəlif universitetlərinin tələbələri QH-nin plenar iclaslarının modelinin simulyasiyasını həyata keçirəcəklər.

Tədbirin məqsədi tələbələrə Qoşulmama Hərəkatının fəaliyyət prinsipini göstərməkdir. Konfrans diplomatik protokol və etiket qaydalarına uyğun keçiriləcək.

Açılışda çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov konfrans iştirakçılarına uğurlar arzulayıb.

“Bu, akademik tədbirdən daha çox məna kəsb edir. Gənclərə beynəlxalq arenada müxtəlif qərarların necə qəbul edildiyini və belə plenar iclasların necə keçirildiyini anlamağa imkan verir”, - o vurğulayıb.

44 - Tezliklə