Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Xarici siyasət
  • 03 iyul, 2017
  • 07:32
Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 20-21-də Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Konfransın işində Fələstin dövlətinin, digər ərəb ölkələrində dövlət rəsmilərinin iştirak edəcəyi gözlənilir.

44 - Tezliklə