Azərbaycanın xarici işlər nazirinin müavini Soçidə MDB XİNŞ-in iclasına qatılıb

Xarici siyasət
  • 10 oktyabr, 2017
  • 08:59
Azərbaycanın xarici işlər nazirinin müavini Soçidə MDB XİNŞ-in iclasına qatılıb
Facebook/ Мария Захарова

Bakı. 10 oktyabr. REPORT.AZ/ Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

"Report" xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edir.

İştirakçılar MDB-nin fəaliyyətinin effektivliyinin artırılması üçün kompleks təşkilati və praktiki tədbirləri müzakirə edəcəklər. Eyni zamanda, oktyabrın 11-də keçiriləcək MDB Dövlət Başçıları Şurasına təqdim olunacaq sənəd layihələri nəzərdən keçiriləcək.

Bu sənədlər arasında korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası, MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri barədə sənəd var. 

44 filmi