Azərbaycanın Baş naziri Tbilisidə "İpək Yolu" forumunda iştirak edəcək

Xarici siyasət
  • 08 oktyabr, 2025
  • 14:06
Azərbaycanın Baş naziri Tbilisidə İpək Yolu forumunda iştirak edəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək "İpək Yolu" forumunun rəsmi açılış mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir.

Bundan başqa, Ə.Əsədov Gürcüstan və Ermənistanın Baş nazirləri İrakli Kobaxidze və Nikol Paşinyanla görüş keçirəcək.

Sayca beşinci olan forum oktyabrın 22-23-də keçiriləcək.

İki minə yaxın nümayəndəni bir araya gətirəcək forum dövlətlər, beynəlxalq təşkilatlar və biznes arasında çoxtərəfli əlaqələrin inkişafına töhfə verən yüksək səviyyəli dialoq üçün beynəlxalq platformaya çevrilib.

Tədbirdə yüksək vəzifəli siyasi xadimlər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri, həmçinin dünyanın ən böyük şirkətlərinin, beynəlxalq maliyyə institutlarının rəhbərləri və ekspertlər iştirak edəcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti