İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Region
  • 16 oktyabr, 2026
  • 13:37
İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənlərin sayı 4 olub.

Hazırda digər 3 nəfər itkinin axtarışları davam etdirilir.

Məlumat üçün bildirək ki, bir neçə gündür, Türkiyənin bir sıra şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlar törədib.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.

44 - Tezliklə