Azərbaycan XİN başçısının müavini QDİƏT xarici işlər nazirləri şurasının 31-ci iclasında iştirak edir

Xarici siyasət
  • 12 dekabr, 2014
  • 05:36
Azərbaycan XİN başçısının müavini QDİƏT xarici işlər nazirləri şurasının 31-ci iclasında iştirak edir

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir. Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iclasda XİN başçısının müavini Mahmud Məmməd-Quliyev iştirak edir.

İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.