Azərbaycan və Slovakiya buz üzərində idman növləri üzrə əməkdaşlığı müzakirə edib
- 23 dekabr, 2025
- 14:31
Azərbaycan və Slovakiya buz üzərində idman növləri, xüsusilə də xokkey və fiqurlu konkisürmə sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Azərbaycanın gənclər və idman naziri Farid Qayıbovla görüşdən sonra yazıb.
"Azərbaycanın gənclər və idman naziri Farid Qayıbovla buz üzərində idman növləri üzrə əməkdaşlığın inkişafı üçün görüşməkdən məmnunam. Biz Azərbaycanda xokkey və fiqurlu konkisürmənin inkişafını, Slovakiya və Azərbaycanda gənc idmançılar üçün planlaşdırılan birgə təlim toplanışlarını müzakirə etdik. Konstruktiv dialoqa görə minnətdaram. İdman Slovakiya və Azərbaycan arasında tərəfdaşlığı birləşdirir və möhkəmləndirir", - səfir qeyd edib.
Pleased to meet with #Minister H.E. @FaridGayibov to advance #Sports cooperation! 🏒⛸️
— Elčin Gasymov (@GasymovElcin) December 23, 2025
We discussed developing ice hockey and figure skating in 🇦🇿, with joint training camps planned for young athletes in 🇸🇰 and 🇦🇿. Grateful for the constructive dialogue. #Sports unite and… pic.twitter.com/1HuYMYRQix