"Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq

Komanda
  • 28 oktyabr, 2026
  • 09:14
Neftçi FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, "ağ-qaralar" müntəzəm mövsümün IV turunda "Oradya"nı (Rumıniya) qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.

Xatırladaq ki, "Neftçi" H qrupunda keçirdiyi əvvəlki üç görüşdə məğlub olub. Komanda daha əvvəl "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78 və Latviyanın VEF kollektivinə 94:110 hesabı ilə uduzub.