Azərbaycan və Qırğızıstan XİN başçıları əməkdaşlıq proqramı imzalayıblar

Xarici siyasət
  • 02 iyul, 2021
  • 07:41
Azərbaycan və Qırğızıstan XİN başçıları əməkdaşlıq proqramı imzalayıblar

Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.

"Report" xəbər verir ki, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.