Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb

Xarici siyasət
  • 27 iyun, 2023
  • 16:00
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.

Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.

44 filmi