"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

Futbol
  • 27 oktyabr, 2026
  • 17:42
Araz-Naxçıvan UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"ə qalib gəlib.

"Report" xəbər verir ki, Polşadakı "Prezero Arena"da baş tutan turnirin əsas mərhələsinin I turunun görüşü təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib.

"Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.

Komanda növbəti oyununu sabah Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə qarşı keçirəcək. Sözügedən matç saat 17:30-da başlayacaq.

44 filmi