Azərbaycan Prezidenti yaxın günlərdə Latviyaya səfər edəcək

Xarici siyasət
  • 13 iyul, 2017
  • 03:00
Azərbaycan Prezidenti yaxın günlərdə Latviyaya səfər edəcək
Prezident İlham Əliyev

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.

"Report" Latviya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək. 

44 - Tezliklə