Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
- 17 sentyabr, 2026
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ilə Malayziya arasında turizm əlaqələrinin gücləndirilməsini və səyahət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Azərbaycan Respublikasının Malayziyaya təyin olunmuş səfiri Xəzər Fərhadov bu ölkənin Malayziya Səyahət Agentlikləri Assosiasiyasının (MATA) prezidenti Dato" Dr. Mohd Xalid Harun ilə Azərbaycan və Malayziya arasında turizm əlaqələrinin gücləndirilməsini və səyahət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün görüşüb", - paylaşımda qeyd olunub.
Ambassador-designate of the Republic of Azerbaijan to Malaysia His Excellency @k_farhadov met with Dato’ Dr. Mohd Khalid Harun, President of the Malaysia Tourism
— AzEmbassyMalaysia (@AzEmbMalaysia) September 17, 2026
Agency Association (MATA), to discuss strengthening #tourism ties and enhancing travel collaboration between… pic.twitter.com/Ha5axFvdMX