Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək

Xarici siyasət
  • 27 iyul, 2018
  • 09:27
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gələcək
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar

Bakı. 27 iyul. REPORT.AZ/ Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib. 

İyulun 30-da baş tutacaq səfər zamanı T.Klaar hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq. 

44 - Tezliklə