İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb

Maliyyə
  • 09 oktyabr, 2026
  • 17:31
İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub.

"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır.

9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərcləri 1,468 milyon manat (8,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 701 min manat (42,1 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə İran bankının aktivləri 114,281 milyon manat olub ki, bu da illik müqayisədə 5,8 % azdır. Bunun 2,793 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 25,4 % böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 15 % azalaraq 57,784 milyon manat, o cümlədən depozit portfeli 0,1 % artaraq 35,646 milyon manat, balans kapitalı isə 6 % artaraq 56,497 milyon manat olub.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

44 filmi