Son bir həftədə yaşıllıqlara 32 min manatdan çox ziyan dəyib
Ekologiya
- 09 oktyabr, 2026
- 17:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Son xəbərlər
15:52
Azərbaycanın U-19 millisi Avropa çempionatının cari mövsümünə məğlubiyyətlə start verib
Futbol
15:51
Şimali Kiprdə gəmi qəzasına görə daha bir Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə
15:51
Azərbaycan Rusiyaya qeyri-neft məhsulları ixracını 1 %-ə yaxın artırıb
Biznes
15:43
Azərbaycan təbii qaz ixracından gəlirlərini 7 % artırıb
Energetika
15:41
"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
Futbol
15:40
Kölndə sinaqoqa hücum hazırlayan iki İraq vətəndaşı saxlanılıb
Digər ölkələr
15:36
Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb
Energetika
15:35
Foto
Video
FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Daxili siyasət
15:31
Oliver Berman 2027-ci ildə də "Haas"ın heyətində çıxış edəcək
Formula 1