Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib

Futbol
  • 09 oktyabr, 2026
  • 17:52
Premyer Liqa: VII turun açılış oyununda Kəpəz Araz-Naxçıvanı məğlub edib

Misli Premyer Liqasında VII tura start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Sarı-göylər"in ilk qolunu 31-ci dəqiqədə Blessinq Olabiran vurub. 86-cı dəqiqədə Rəhman Hacıyev fərqi iki topa çatdırıb.

Xallarının sayını 10-a çatdıran "Kəpəz" 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda daha bir oyunu var. Naxçıvan klubu 2 xalla sonuncu - 12-ci yerdədir.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Sabah"ı qəbul edəcək.

Xatırladaq ki, tura oktyabrın 11-də yekun vurulacaq.

44 - Tezliklə