Abbas İsmayıl: Müstəmləkəçiliyə görə üzrxahlıqlar sistemli dəyişikliklərlə müşayiət olunmalıdır
- 31 oktyabr, 2025
- 14:38
 
                            
                            
                        Müstəmləkə keçmişinə görə üzrxahlıqlar təəssüf ifadə etmək çərçivəsindən kənara çıxmalı və dərin struktur dəyişikliklərinin bir hissəsinə çevrilməlidir.
"Report"un məlumatına görə, bunu ISCTE Universitetinin (Almaniya) Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi işçisi Abbas İsmayıl Bakıda keçirilən "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfransda bildirib.
Tədqiqatçının sözlərinə görə, bu gün bəyannamələr və ya rəsmi açıqlamalarla kifayətlənməmək, real addımlara və məsuliyyətə keçid etmək vacibdir.
"Təzminatlar kimi, üzr istəmək də həqiqətən vacibdir. Lakin məsələ təkcə maliyyə ödənişlərində deyil, həm də mənəvi məsuliyyətdə - Belçika müstəmləkəçiliyindən əziyyət çəkmiş Konqo Demokratik Respublikası, Ruanda və digər ölkələrin xalqları qarşısında günahı etiraf etməkdədir", - A.İsmayıl vurğulayıb