Abbas Abbasov: BTQ Yeni Kaledoniyada iğtişaşlar zamanı həbs olunanların ailələrinə kömək edəcək

Xarici siyasət
  • 17 iyul, 2024
  • 07:22
Abbas Abbasov: BTQ Yeni Kaledoniyada iğtişaşlar zamanı həbs olunanların ailələrinə kömək edəcək

Bakı Təşəbbüs Qrupu (BTQ) Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı həbs olunanların və siyasi məhbusların ailələrinə kömək edəcək.

"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci qurultayında deyib.

“Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif formalı işgəncələrə məruz qalıblar. Aralarında azyaşlı uşaqları olan qadınlar da var. Bu gün həmin siyasi məhbuslardan bəzilərinin ailələri tədbirimizdə iştirak edir və biz onlara kömək etməyə hazırıq”, - o bildirib.

44 filmi