Zurab Pololikaşvili: "Sərgidə ölkələrin sayının artması Azərbaycana marağı daha bariz ifadə edir"
- 05 aprel, 2018
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 aprel. REPORT.AZ/ “Bu sərgidə iştirak edən ölkələrin sayının artması ölkəyə olan marağı daha bariz ifadə edir”. “Report” xəbər verir ki, bunu bu gün Bakıda işə başlamış 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2018) Sərgisinin açılış mərasimində çıxış edən Ümumdünya Turizm Təşkilatının yeni baş katibi Zurab Pololikaşvili deyib.
Z. Pololikaşvilinin sözlərinə görə, son illər Azərbaycanda turizm sektoru inkişaf edib:
"Keçən ilki artıma görə Azərbaycan hökumətini təbrik edirəm. Bu sərgidə iştirak edən ölkələrin sayının artması ölkəyə olan marağı daha bariz ifadə edir. Düşünürəm ki, bu sektorun inkişafı üçün qadınlara və gənclərə imkan yaradılması vacib məsələlərdən biridir. Yeni texnologiyaların tətbiqi bu sahənin daha da irəliləməsinə gətirib çıxaracaq. Belə dünyəvi tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək və turistlər Bakının necə gözəl şəhər olduğuna özləri şahid olacaqlar".