SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib

Region
  • 24 oktyabr, 2026
  • 00:18
SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib

Hörmüz boğazının cənub sahilində iki tanker dəniz minasına çırpılıb.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, qaydaları pozaraq Hörmüz boğazının cənub marşrutundan keçməyə çalışan iki supertanker dəniz minasına çırpılıb və partlayış baş verib.

Gəmi heyətinin hadisədən sonra göyərtəni tərk etdiyi vurğulanıb. Qeyd olunub ki, tankerlər ümumilikdə 4 milyon 500 min bareldən çox xam neft daşıyırmış.

44 filmi