Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb

Region
  • 24 oktyabr, 2026
  • 01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb

Türkiyənin şimalındakı Çankırı şəhərində ağır avtomobil qəzası baş verib, dörd nəfər ölüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, şəhər istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi nəticəsində avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü Rəcəb Yazıçı (74) və sərnişinlər - Aişə Öztürk (56), Fatma Duman (74) və Kibar Yılmaz həlak olublar. Yaralanan bir nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başladılıb.

44 filmi