Abdulla Müttəlib: "Maldiv adaları Azərbaycanla turizm sahəsində əməkdaşlıq üçün potensial görür"

Turizm
  • 17 oktyabr, 2025
  • 19:51
Abdulla Müttəlib: Maldiv adaları Azərbaycanla turizm sahəsində əməkdaşlıq üçün potensial görür

Maldiv adaları Azərbaycanla turizm və yeni istiqamətlər üzrə əməkdaşlıq üçün potensial görür.

Bunu "Report"a müsahibəsində Maldiv Respublikasının tikinti və infrastruktur naziri Abdulla Müttəlib deyib.

Nazir qeyd edib ki, Maldiv adaları elit turizm üçün ən cəlbedici mərkəzlərdən biri kimi tanınır, Azərbaycanın isə Xəzər sahilində müasir kurort zonalarının yaradılmasında sürətli tərəqqi nümayiş etdirir.

"Ölkələrimiz bu sahədə bilik, texnologiya və idarəetmə həlləri mübadiləsi edə bilərlər. İqlim və coğrafi fərqlərə baxmayaraq, biz həm dayanıqlı turizmdə, həm də səyahətçilərin rahatlığının təbiətə hörmətlə birləşdiyi yeni istiqamətlərin inkişafında əməkdaşlıq üçün böyük potensial görürük", - A.Müttəlib vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti