“Van Halen” qrupunun banisi və məşhur gitaraçı Edvard van Xalen vəfat edib
Şou-biznes
- 06 oktyabr, 2020
- 21:22
Amerikalı gitaraçı və “Van Halen” rok qrupunun banisi Edvard van Xalen 65 yaşında dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə onun oğlu özünün “Twitter”dəki səhifəsində bildirib.
"İnana bilmirəm ki, bunu yazmaq lazım gəlir, amma atam Edvard Lodeveyk van Xalen xərçəng xəstəliyi ilə uzun və çətin mübarizəni uduzdu", - onun paylaşımında deyilir.
Van Xalen dünyada ən məşhur gitara ifaçılarından biri olub. O, 1972-ci ildə böyük qardaşı Alekslə birlikdə “Van Halen” qrupunun əsasını qoyub. Van Xalenin adı 2012-ci ildə “Rolling Stone” jurnalının versiyasına görə bütün zamanların 100 ən böyük gitaraçısı siyahısına salınıb.
Son xəbərlər
08:14
Foto
Bakının bir çox yollarında tıxac müşahidə olunur
İnfrastruktur08:11
Alimlər fırtına və qasırğaların güclənməsinin səbəbini izah ediblər
Digər ölkələr07:46
Tramp Yaponiyanın ABŞ-dən "böyük miqdarda" hərbi texnika sifariş etdiyini açıqlayıb
Digər ölkələr07:35
ABŞ-də şatdaunun nüvə silahlarının hazırlanmasına təsiri açıqlanıb
Digər ölkələr07:14
Yaponiyanın yeni baş naziri Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək
Digər ölkələr06:51
Türkiyədə 37 qeyri-qanuni miqrant saxlanılıb
Region06:07
Video
Saxalində elektrik enerjisinin verilişində fasilə yaranıb
Region05:41
Mask "Tesla"dan gedə bilər
Biznes05:07
Foto
Video