Amerikalı soul ifaçısı Çarlz Bredli vəfat edib - VİDEO
- 24 sentyabr, 2017
- 06:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ-ın məşhur soul ifaçısı Çarlz Bredli 69 yaşında Nyu-Yorkda dünyasını dəyişib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ifaçının rəsmi "Twitter" səhifəsində məlumat verilib.
"Ağır ürək yanğısı ilə deyirik ki, Çarlz Bredli bizi tərk etdi", — deyə məlumatda bildirilir.
Britaniyanın "The Guardian" nəşri yazır ki, Bredli bir il mədə xərçəngi ilə mübarizdən sonra dünyasını dəyişib. Müğənni ölümündən iki həftə əvvəl həyata keçirdiyi turun qalan bütün konsertlərindən imtina edib.
Çarlz Bredli 1948-ci ildə Floridada doğulub. O, karyerasının qürub çağında uğur qazanıb. İlk dəfə 60-cı illərdə səhnəyə çıxan Bredli debüt albomunu yalnız 2011-ci ildə buraxa bilib.