İranın müdafiə naziri ABŞ-nin ən böyük qeyri-nüvə bombasına qarşı tədbirlərin görüldüyünü bildirib

Region
  • 18 oktyabr, 2026
  • 13:25
İranın müdafiə naziri ABŞ-nin ən böyük qeyri-nüvə bombasına qarşı tədbirlərin görüldüyünü bildirib

İran ordusu "Bombaların anası"na qarşı lazımi tədbirlər görüb.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi bildirib.

"Bombaların anası"na qarşı mübarizə aparmaq üçün lazımi tədbirləri görmüşük və rahatıq. İşimizi əminliklə davam etdiririk", - o deyib.

Kitabçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçiləri bölgədən çıxarmalıdır:

"Əgər bir bomba atarsa, təhdidlərini şüardan əmələ çevirərsə, bunun nəticəsini görəcək".

Qeyd edək ki, "Bombaların anası" ABŞ ordusunun arsenalında olan ən böyük qeyri-nüvə bombasının - "GBU-43/B MOAB"nin ("Massive Ordnance Air Blast") məşhur adıdır.