Yaponiyada Takaiçi hökumətinə dəstəyin 50 %-dən aşağı düşdüyü bildirilib
- 18 oktyabr, 2026
- 14:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyanın Baş naziri Sanae Takaiçinin rəhbərlik etdiyi hökumətə dəstək 2025-ci ilin oktyabrında hakimiyyətə gəldikdən sonra ilk dəfə 50 %-dən aşağı düşüb, respondentlərin 49,1 %-i hökuməti dəstəklədiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "Kyodo" agentliyinin dərc etdiyi sorğunun nəticələrində qeyd olunub.
Sorğu iştirakçılarının 33 %-i Takaiçinin hökumətinə dəstək vermədiyini bildirib, 17,9 %-i isə cavab verməkdən çəkinib.
Respondentlərin 65 %-dən çoxu hökumətin ərzaq məhsullarının alınmasına tətbiq edilən istehlak vergisini iki il müddətinə 8 %-dən 1%-ə endirmək niyyəti ilə bağlı narahatlığını ifadə edib. Bu tədbir Takaiçinin seçkiqabağı vədlərindən biri olub və ümumilikdə müsbət qarşılanıb. Lakin hazırda sorğu iştirakçıları verginin azaldılmasının ölkənin maliyyə vəziyyətinə mənfi təsir göstərəcəyindən və digər sosial xərclərin maliyyələşdirilməsinə zərər vuracağından ehtiyat edirlər.
Sorğu oktyabrın 17-18-də Yaponiyanın bütün ərazisində telefon vasitəsilə keçirilib. Sorğuda iştirak edənlərin sayı açıqlanmayıb.