Bir sorğu, bir neçə təklif - 247 xidmət axtarışını necə asanlaşdırır?

İKT
  • 18 oktyabr, 2026
  • 13:22
Bir sorğu, bir neçə təklif - 247 xidmət axtarışını necə asanlaşdırır?

Usta, təmizlik xidməti və ya başqa bir mütəxəssis axtararkən çoxlarının ilk müraciət etdiyi yerlər Instagram səhifələri, WhatsApp qrupları və tanış tövsiyələridir. Daha sonra qiymət öyrənmək, cavab gözləmək və müxtəlif təklifləri müqayisə etmək lazım gəlir. 247 bu prosesi bir platformada toplamağa kömək edir: müştəri sorğu yaradır, xidmət göstərənlər təklif göndərir, seçim isə müştərinin özündə qalır.

247 necə işləyir?

1. Sorğu yaradın. Ehtiyacınızı və xidmətlə bağlı əsas detalları qeyd edin. Məsələn, mənzilin təmizlənməsi və ya evdə təmir işi üçün sorğu yarada bilərsiniz.

2. Təklifləri alın. Uyğun xidmət göstərənlər qiymət və şərtlərini sizə göndərirlər.

3. Müqayisə edin və seçin. Təklifləri, profilləri, reytinq və rəyləri, mövcud iş nümunələrini nəzərdən keçirərək sizə uyğun variantı seçə bilərsiniz.

Seçim bir yerdə

Təklifləri eyni platformada görmək qiymət və şərtləri müqayisə etməyi asanlaşdırır. Müştəri ehtiyacını bir dəfə təsvir edir və müxtəlif xidmət göstərənlərdən gələn təkliflər əsasında qərar verir. Bu, xidmət axtarışında ayrı-ayrı səhifələrə baxmaq və hər kəslə ayrıca yazışmaq ehtiyacını azaldır.

Reytinq və rəylər də seçim zamanı əlavə məlumat verir. Qiymət və şərtlər isə sifarişdən əvvəl razılaşdırılır, ona görə müştəri nə qədər ödəyəcəyini öncədən bilir.

Xidmət göstərənlər üçün də yeni kanal

247 xidmət göstərən şirkət və mütəxəssislərə də platformada iştirak etmək imkanı təqdim edir. 247 Provider tətbiqi vasitəsilə xidmət göstərənlər uyğun sorğuları nəzərdən keçirə və müştərilərə öz təkliflərini göndərə bilərlər.

247-nin təsisçisi Nel Hüseynli bildirib: "İşini yaxşı görən usta yeni müştəri tapmaq üçün yalnız tanışlarına və ya Instagram auditoriyasına bağlı qalmamalıdır. 247 ona yeni müştərilərin sorğularını birbaşa görmək imkanı verir."

247-nin şərtlərinə görə, hər bir müştərinin ilk üç sifarişi üzrə xidmət göstərəndən komissiya tutulmur. Sonrakı sifarişlər üçün komissiya 10% təşkil edir.

247 tətbiqlərini yükləyin

Xidmət axtaranlar 247 Client tətbiqindən, xidmət göstərənlər isə 247 Provider tətbiqindən istifadə edə bilərlər.

Ətraflı məlumat və yükləmə keçidi: https://247app.com/yukle