Xanyurdu sakini: Özünüməşğulluq çərçivəsində təsərrüfatımızı genişləndirmək niyyətindəyik
- 24 oktyabr, 2025
- 16:03
Xocalı rayonunun Xanyurdu kənd sakini özünüməşğulluq proqramı çərçivəsində yaratdığı təsərrüfatı genişləndirmək niyyətində olduğunu deyib.
Xanyurdu kənd sakini Elbrus Abbasov Dövlət Məşğulluq Agentliyinin xətti ilə Xocalıya təşkil olunan mediatur çərçivəsində "Report"un bölgəyə ezam edilmiş əməkdaşına açıqlamasında bildirib ki, məskunlaşdığı ərazi heyvandarlığın inkişafı üçün əlverişlidir:
"Artıq üç aydır ki, kəndə qayıtmışıq. Burada təsərrüfat qurmaq istəsək də, bunun üçün müəyyən məbləğdə vəsait tələb olunurdu. O ərəfədə heç gözləmədiyim halda Agentlikdən mənimlə əlaqə saxlayıb hansı sahə ilə məşğul olmaq istədiyimi soruşdular. Niyyətimi bildirdikdən cəmi bir neçə gündən sonra özləri doğar qoyunlar və bir aylıq yem ehtiyatı gətirərək mənə təhvil verdilər. Kəndimizin təbiəti heyvandarlıq üçün əlverişlidir. Ona görə də verilən heyvanların sayını daha da artırmaqla təsərrüfatımızı böyütmək niyyətindəyik".