"Arsenal" Viktor Dyekereş üçün 65 milyon avro tələb edir

Futbol
  • 22 oktyabr, 2026
  • 15:43
Arsenal Viktor Dyekereş üçün 65 milyon avro tələb edir

İngiltərənin "Arsenal" klubu isveçli hücumçu Viktor Dyekereş üçün 65 milyon avro tələb edir.

"Report" "Football Insider" portalına istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçu növbəti 12 ay ərzində komandadan ayrılmaq istəyəcəyi təqdirdə, "Sportinq"ə ödənilən məbləği tam qaytarmaq şərtilə satışa razıdır.

Oyun müddətinin azlığından narazı olan hücumçu gələn yay komandanı tərk etməyi ciddi şəkildə nəzərdən keçirir. Hazırda İspaniya, İtaliya və İngiltərə Premyer Liqasının bir neçə klubu futbolçunun xidmətində maraqlıdır.

İsveçli hücumçu 2026/2027 mövsümündə keçirdiyi 9 matçda 1 məhsuldar ötürmə verib.

"Arsenal"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər olan futbolçunun "Transfermarkt" portalına görə dəyəri 55 milyon avrodur. V.Dyekereş 2025/2026 mövsümündə keçirdiyi 55 oyunda 21 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

44 filmi