ING: Bu il Azərbaycanın xarici ticarət profisiti 12 milyard dollara yaxın olacaq

Maliyyə
  • 22 oktyabr, 2026
  • 15:49
ING: Bu il Azərbaycanın xarici ticarət profisiti 12 milyard dollara yaxın olacaq

Bu il Azərbaycanın xarici ticarətinin müsbət saldosu 11,7 milyard ABŞ dolları (ÜDM-in 14,4 %-i) səviyyəsində proqnozlaşdırılır.

Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.

Qrupun qiymətləndirmələrinə görə, 2026-cı ildə Azərbaycanın ixrac gəlirləri 29,1 milyard ABŞ dolları təşkil edəcək, idxalın həcmi isə 17,4 milyard ABŞ dolları səviyyəsində olacaq. Gələcəkdə müsbət ticarət saldosunun mülayim şəkildə azalması - 2027-ci ildə 8 milyard ABŞ dollarına və 2028-ci ildə 7,9 milyard ABŞ dollarına qədər enməsi gözlənilir.

Bu tendensiya xammal ehtiyatlarının qlobal qiymətlərin tədricən normallaşması ilə şərtlənir.

"ING-nin baza ssenarisi 2026-cı ildə "Brent" markalı neftin orta illik dəyərinin 1 barel üçün 87 ABŞ dolları səviyyəsində qalacağı fərziyyəsinə əsaslanır. 2027 və 2028-ci illər üçün neft kotirovkalarının müvafiq olaraq 1 barel üçün 71-72 ABŞ dollarına qədər enməsi proqnozlaşdırılır", - hesabatda qeyd edilib.