Sabirabad “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

Sosial müdafiə
  • 30 mart, 2017
  • 14:00
Sabirabad “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək

Bakı. 30 mart. REPORT.AZ/ Sabirabad “ASAN xidmət” mərkəzi iki gün işləməyəcək.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Məlumata görə, mərkəz aprelin 1-2-də görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

Aprelin 3-dən etibarən isə vətəndaşlar mərkəzə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, Sabirabad "ASAN xidmət" mərkəzi həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

44 - Tezliklə