Ötən il Naxçıvanda təbii artım 4660 nəfər olub

Sosial müdafiə
  • 28 yanvar, 2017
  • 22:04
Ötən il Naxçıvanda təbii artım 4660 nəfər olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında təbii artım 4660 nəfər olub.

"Report"un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2016-cı ildə 6510 uşaq doğulub, 1850 ölüm hadisəsi qeydə alınıb.

Bununla yanaşı, muxtar respublikada təbii artım 4660 nəfər, doğum göstəricisi 14,5, ölüm göstəricisi 4,1, 1 yaşa qədər uşaq ölümü 10 nəfər olmaqla, 1,5 promilli təşkil edib.