"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah" çox yaxşı komandadır"
- 12 oktyabr, 2026
- 19:24
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" çox yaxşı komandadır.
"Report" xəbər verir ki, bunu Çexiya təmsilçisi "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Futbolun gözəlliyi ondadır ki, hər klubun özünün bir hekayəsi var. Düşünürəm ki, "Sabah"dakı insanlar bu işi həqiqətən çox yaxşı bacarırlar. "Sabah" yarandığı qısa müddət ərzində liqa mərhələsinə düşməyi bacarıb. Bu, onlar üçün əla göstəricidir. "Sabah" çox yaxşı komandadır".
O, oyun üslubuna görə "Sabah" və "Barselona" komandalarını müqayisə edib:
"Sabah" hücumameyilli futbol nümayiş etdirən, topa sahib olmağa üstünlük verən komandadır. Onların oyun fəlsəfəsində "Barselona"nın üslubuna bənzər cəhətlər görürəm. Komanda əsasən 4-3-3 taktiki düzülüşündən istifadə edir və fərdi ustalığı yüksək olan futbolçuları ilə rəqib müdafiəsi üçün təhlükə yaradır. "Mançester Yunayted"lə qarşılaşmada da bir neçə real qol imkanı əldə etdilər. Həmin görüşdə daha yaxşı nəticəyə nail olmaq şansları var idi".
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.