"Slaviya"nın futbolçusu Tomaş Vlçek: "Sabah"la qarşılaşacağımız üçün həyəcanlıyam"

Futbol
  • 12 oktyabr, 2026
  • 19:29
Slaviyanın futbolçusu Tomaş Vlçek: Sabahla qarşılaşacağımız üçün həyəcanlıyam

"Slaviya"nın futbolçusu Tomaş Vlçek "Sabah"la qarşılaşacaqları üçün həyəcanlıdır.

"Report" xəbər verir ki, bunu Çexiya təmsilçisinin futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Müdafiəçi görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Belə oyunları çox sevirəm. "Sabah"la sabakı oyunu səbirsizliklə gözləyirəm. Bu komanda ilə qarşılaşacağımız üçün həyəcanlıyam. "Sabah" çox güclü rəqibdir. Təsnifat mərhələlərində gözəl oynadılar. Düşünürəm ki, rəqibimiz çox gözəl futbol sərgiləyir. Lakin var gücümüzlə oyuna hazırlaşmışıq".

Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

44 - Tezliklə