Nazir: "Şəhid ailələrinin vərəsələrinə müavinət ödənilməsi ilə bağlı sənədlər araşdırılır"

Sosial müdafiə
  • 25 oktyabr, 2018
  • 12:38
Nazir: Şəhid ailələrinin vərəsələrinə müavinət ödənilməsi ilə bağlı sənədlər araşdırılır
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

Bakı. 25 oktyabr. REPOPT.AZ/ "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər gəlir" .

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sığorta pulu ilə bağlı olan həmin sənədlər araşdırılır: "Sənədlər təsdiqləndikdən sonra ödənişlərin həyata keçirilməsinə başlanılacaq. Ödəniş hissə-hissə olacaq. Birdəfəlik müavinətləri Nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla şəxsi təmas olmayacaq".

44 - Tezliklə