Naxçıvanın Ədliyyə Nazirliyi işə qəbulla bağlı müsabiqənin vaxtını uzadıb

Sosial müdafiə
  • 12 sentyabr, 2016
  • 19:04
Naxçıvanın Ədliyyə Nazirliyi işə qəbulla bağlı müsabiqənin vaxtını uzadıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi icra məmuru vəzifələrinə işə qəbulla bağlı elan etdiyi müsabiqənin vaxtını uzadıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Qeyd edək ki, nazirlik “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq icra məmuru vəzifələrinə müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sənədlərin qəbulu oktyabrın 10-dək uzadılıb.