Hicran Hüseynovanın Xızıda vətəndaşların qəbulunun vaxtı dəyişdirilib

Sosial müdafiə
  • 10 iyun, 2015
  • 15:34
Hicran Hüseynovanın Xızıda vətəndaşların qəbulunun vaxtı dəyişdirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən vətəndaşların iyulun 24-də Xızı rayonunda keçiriləcək qəbulunun vaxti dəyişdirilib.

Komitədən "Report"a verilən məlumata görə, Hicran Hüseynovanın növbəti qəbulu iyulun 7-də keçiriləcək. Qəbulda Xızı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Qusar rayon sakinlərinin ərizə və şikayətlərinə baxılacaq.