Tokayev: "Transxəzər rabitə xəttinin istifadəyə verilməsi mühüm mərhələdir"

İKT
  • 15 oktyabr, 2026
  • 12:36
Tokayev: Transxəzər rabitə xəttinin istifadəyə verilməsi mühüm mərhələdir

Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttini birgə istifadəyə verməklə mühüm mərhələni qeyd edir.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.

Tokayevin sözlərinə görə, informasiya təhlükəsizliyi istənilən strateji layihə üçün həyati əhəmiyyət kəsb edir - xüsusən də onun həyata keçirilməsində bir neçə dövlət iştirak edirsə. Bu baxımdan o, regional əməkdaşlığın inkişafı üçün birgə infrastruktur təşəbbüslərinin əhəmiyyətini vurğulayıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, "Rəqəmsal İpək Yolu" layihəsi məlumatların bütün Avrasiya boyu daha sürətli və təhlükəsiz ötürülməsini təmin edəcək, Asiyanın rəqəmsal potensialını gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq.