Bu il tikiləcək DOST Mərkəzlərinin siyahısı açıqlandı

Sosial müdafiə
  • 06 may, 2020
  • 06:43
Bu il tikiləcək DOST Mərkəzlərinin siyahısı açıqlandı

"Yaxın günlərdə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.