Böyük Vətən müharibəsi veteranları ziyarət olunub

Sosial müdafiə
  • 10 may, 2020
  • 13:06
Böyük Vətən müharibəsi veteranları ziyarət olunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.

“Report” xəbər verir ki, 9 May - Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib. 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.